Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.
“Report” xəbər verir ki, o, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumunda iştirak edir.
H.Hacıyev tədbirdə "Qarabağ: bir zəfərin kommunikasiyası" mövzusunda çıxış edəcək.
Bu gün İstanbulda başlayan forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.
Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndiriləcək.
Forum iki gün davam edəcək.
@fahrettinaltun #stratcomsummit Türkiye Zirvəsinə dəvətə görə təşəkkür edirəm. #Türkiye
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 11, 2021
Extremely valuable Conference.
I was privileged to speak at StratCom Summit abt Karabakh Victory and Strategic Communication lead by President Ilham Aliyev in the course of 44days of war. pic.twitter.com/npDG9XmxGb