Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Milad bayramını qeyd edən şəxsləri təbrik edib.
“Milad bayramını qeyd edən bütün dostlarımıza və həmkarlarımıza sülh və bərəkət arzulayıram”, - deyə o “Twitter” hesabında yazıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycanda tarixən və ənənəvi olaraq məscidlər, kilsələr, sinaqoqlar sülh və qarşılıqlı hörmət şəraitində yanaşı mövcud olublar.
I wish Merry Christmas, Peace and Blessing to all our friends and colleagues who celebrate.
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 23, 2021
In Azerbaijan historically and traditionally Mosques, Churches, Synagogues have existed side by side in peace/mutual respect. pic.twitter.com/Tp6qxODtMN