Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hulusi Akar: "Azərbaycanla təhlükəsizlik məsələləri istiqamətində əməkdaşlığımız davam edir"
"Azərbaycanla təhlükəsizlik məsələləri istiqamətində əməkdaşlığımız davam edir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, hərbi sahədə təhsilin verilməsindən tutmuş, silah alqı-satqısı məsələlərinə qədər Azərbaycanla sıx təmasdayıq:
"Bütün fəaliyyətimizi dövlət başçılarımız tərəfindən dəstəklənir. Əməkdaşlığımız uğurla inkişaf edir. Bizim müdafiə sahəsində əməkdaşlığımız üçüncü ölkələr tərəfindən heç bir halda təhdid kimi qəbul edilməməlidir. Tək məqsədimiz Vətənimizin müdafiəsidir. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən çıxardığımız nəticədən də yararlanaraq uğurlu nəticə əldə edəcəyimizə inanıram".
H.Akar son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədin sabitliyin pozulmasına da münasibət bildirib:
"Ermənilər ağlını başına toplamalıdırlar. İkinci Qarabağ müharibəsində Azərbaycan böyük qələbə qazandı. Hazırda üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərə dalğalanır. Bu həqiqət qəbul edilməlidir. Sülh sazişi tezliklə imzalanmalıdır. Bölgəyə sülh lazımdır. Beynəlxalq ictimaiyyət 30 il Azərbaycanın haqq işinə dəstək vermədi. Buna görə də biz haqq səsimizi daha da çatdırmaq üçün güclənməliyik. Bizim birliyimiz bərabərliyimizin əsasıdır".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək
- Sahib Məmmədov: "Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır"
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- Ramid Namazov: "Avropa İttifaqının missiyası sülhə mane olur"
- Komitə sədri: "Pensiya yaşının azaldılması gündəmdə deyil"