Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kosmosa yollanan "New Shepard" kapsulunun göyərtəsindən maraqlı görüntülər
Ceff Bezosun "Blue Origin" şirkətinin NS-31 turizm missiyasını həyata keçirən "New Shepard" kapsulunun göyərtəsindən görüntülər yayılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Əvvəlki missiyalarda olduğu kimi, turistlər suborbit trayektoriyasına çatıblar, Karman xəttini (Yerin 100 km üzərində) keçiblər və bir neçə dəqiqə çəkisizlik yaşayıblar.
Qeyd edək ki, göyərtədə dünyaca məşhur müğənni Keti Perri, keçmiş NASA əməkdaşları Aişa Bou və Amanda Nquen, jurnalistlər Qeyl Kinq və Loren Sançes (Bezosun nişanlısı), həmçinin kino prodüseri Keriann Flinn daxil olmaqla altı iştirakçı olub.
Xatırladaq ki, "Blue Origin" şirkəti "NS-31" missiyası çərçivəsində kosmik turist uçuşunu başa çatdırıb. Altı iştirakçının olduğu kapsul təxminən 10-12 dəqiqə çəkən qısa suborbital səyahətdən sonra uğurla yerə enib. Uçuş zamanı iştirakçılar bir neçə dəqiqə ərzində çəkisizlik hissini yaşayıb və kosmosun qaranlığı fonunda Yeri müşahidə edə biliblər.
"Keti Perri" teqi üzrə xəbərlər
- Keti Perri Keti Perriyə qarşı: Avstraliyada qeyri-adi məhkəmə prosesi
- Məşhur müğənni Keti Perri yaxın bir neçə gündə kosmosa uçmağa hazırlaşır
- Keti Perriyə qarşı istintaq başladıldı
- Orlando Blum və Keti Perrinin istirahətindən ekstremal GÖRÜNTÜLƏR
- Məşhur müğənni Keti Perrinin qısa müddətdə xeyli arıqlamasının SİRRİ