Rusiyalı turistlər 2026-2027-ci illərin Yeni il tətili dövründə Azərbaycana aviabiletləri ötən illə müqayisədə təxminən iki dəfə çox alırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Ozon Travel" xidmətinin mətbuat xidməti məlumat yayıb.
Söhbət 2026-cı il dekabrın 31-dən 2027-ci il yanvarın 10-dək olan dövrü əhatə edən səfərlərdən gedir. Həmin müddətdə Özbəkistana aviabiletlərə tələbat 1.7 dəfə, Gürcüstana isə 1.4 dəfə artıb.
2027-ci ilin Yeni il tətili üçün hotellərin erkən rezervasiyasında ən böyük artım Belarusda qeydə alınıb. Ötən illə müqayisədə bu ölkədə hotellərə rezervasiyaların sayı 4.6 dəfə çoxalıb. Misirə tələbat 3.2 dəfə, Ermənistana isə iki dəfədən az artıb. Yaponiya və Çin də turistlər arasında daha populyar istiqamətlərə çevrilib.
Ümumilikdə, Yeni il tətili dövründə xarici ölkələrə aviabiletlərə tələbat 1.8 dəfə, xarici hotellərin erkən rezervasiyalarına maraq isə iki dəfədən çox artıb.