Türkiyənin “Hürriyet.com” saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv buraxıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, qardaş ölkənin xəbər saytına daxil olub, orada qeydiyyatdan keçmək üçün xüsusi blok açılır.
Seçim imkanı verilən ölkələrin sırasında qondarma “Dağlıq Qarabağ Respublikasının” da adı var.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev sayta açıqlamasında bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndəriləcəyini bildirib.
“Artıq biz təlimat hazırlamışıq. Bu gün Türkiyədəki səfirliyimizə təlimat göndəriləcək. Araşdırmalardan sonra, saytın səhv etdiyini, yaxud başqa səbəbdən belə qeyd olunduğunu biləcəyik”, - deyə Elman Abdullayev bildirib.
