Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır"
"Gələn ilin yanvar ayından Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ehtimalı Şaquli Qaz Dəhlizinin əhəmiyyətini artırır".
"Report" xəbər verir ki, bu barədə ICGB boru kəməri şirkətinin (Yunanıstan-Bolqarıstan interkonnektorunun operatoru) baş direktoru Teodora Georgiyeva COP29-un kuluarlarında jurnalistlərə bildirib.
O qeyd edib ki, hazırda şirkət IGB qaz kəmərinin ötürücülük qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması imkanının reallaşdırılması üzərində işləyir.
"Biz hazırda IGB-nin genişləndirilməsi üzərində işləyirik, çünki təkcə Trans-Adriatik Boru Qaz Kəməri (TAP), Cənub Qaz Dəhlizi və Azərbaycanla əlaqəli deyilik, həm də Şaquli Qaz Dəhlizinin bir hissəsiyik, belə ki, Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalı artıq istifadəyə verilib. Bu baxımdan IGB-nin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük. Bundan əlavə, bu ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması təhlükəsi Cənub Qaz Dəhlizi ilə birlikdə Şaquli qaz dəhlizinin əhəmiyyətini artırır", - o bildirib.
T.Georgiyeva əlavə edib ki, IGB-nin gücünün artırılması yolunda əsas problem Aİ tərəfindən karbohidrogen layihələrinə maliyyə dəstəyinin olmamasıdır.
"Bu, yolumuzda duran bəzi maneələrdir, lakin hesab edirəm ki, biz Şaquli Qaz Dəhlizinin digər iştirakçıları ilə birlikdə bunun öhdəsindən gələcəyik", - o qeyd edib.
T.Georgiyeva, həmçinin bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm rol oynayır. "O, çox etibarlı tərəfdaşdır. Əgər Azərbaycan 2020-ci ildən Bolqarıstanın qaza olan tələbatının 30 %-ə qədərini təmin edirdisə, ölkədə istehlakın azaldığını nəzərə alsaq, bu, indi daha çoxdur. Bolqarıstanın ildə 3 milyard kubmetrdən az olan daxili qaz istehlakından ildə 1 milyard kubmetri Azərbaycandan çox əlverişli qiymətə daxil olur və biz belə etibarlı tərəfdaşımızın olmasına çox şadıq", - T.Georgiyeva vurğulayıb.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT