Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabinetinə Tədbirlər Planının icrasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsini təmin etmək və görülmüş işlər barədə rübdə bir dəfə, hər rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, o cümlədən sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.