Azərbaycan Prezidenti İlham Əliyev ad günü ilə bağlı tanınmış siyasi və ictimai xadimlərdən təbriklər almaqda davam edir.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, Moldova Respublikasının Prezidenti Nikolaye Timofti, Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski, Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Miller, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Aleksey Sergeyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Ukraynanın Prezidenti Pyotr Poroşenko, “Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezeker, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev, Monteneqronun Baş naziri Milo Çukanoviç, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İlham Əliyevi təbrik ediblər.
Təbrik müəllifləri dövlət başçısına möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzu ediblər.