Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.
Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.
Ümumi tikinti sahəsi 4 300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin səkkiz STEAM otağı olacaq.
Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də 960 yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Ağdam səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında
- İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- Prezident Ağdamda körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub
- Prezident Ağdamda ikinci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
- İlham Əliyev "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraitlə tanış olub