Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Piyada keçidi var, amma yolu keçə bilmirik" - ŞİKAYƏT
Bakı şəhəri, Mətbuat prospekti, 83-95 ünvanının sakinləri piyada keçidi olmasına baxmayaraq, yolu qarşı tərəfə keçməkdə çətinlik çəkirlər.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Sakin Samir Nuriyev qeyd edib ki, sözügedən ərazidə avtomobillər sürətlə hərəkət etdiyi üçün piyada keçidi olmasına baxmayaraq, yolu çətinliklə keçirlər:
"Sürücülər piyada keçidi nişanına məhəl qoymur, yüksək sürətlə hərəkət edirlər. Bu ərazidə həm məktəb, həm də universitet yerləşir. Bu vəziyyətdə hər an qəza baş verə bilər. Bəzi ərazilərdə sensorlu işıqforlar quraşdırılıb. Burada da piyada zolağının yanında quraşdırılması yaxşı olar. Biz bu təhlükəli piyada keçidindən hər gün istifadə edərək uşaqlarımızın həyatını riskə atmaq istəmirik. Nəriman Nərimanov prospektində və Abdulla Şaiq küçəsində bu cür sensor işıqforları mövcuddur. Mətbuat prospektində də həmin işıqforların quraşdırılması yaxşı olar".
Sakin bildirib ki, ərazidə işıqforun quraşdırılması üçün aidiyyəti qurumlara müraciət edilib:
"Aidiyyəti qurumlara müraciət edilib. Bir il ərzində bizə 3 dəfə müsbət geridönüşlər edilməsinə baxmayaraq, təəssüf ki, hələ də işıqfor quraşdırılmayıb".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bir müddətdir ki, həmin ərazidə piyada işıqforunun quraşdırılması ilə bağlı digər qurumlarla birgə müzakirələr aparılır:
"Müzakirələrin nəticəsinə uyğun olaraq, müvafiq qərar qəbul ediləcək".
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb