Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Starlı Cüneyd beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı!
Azərbaycanlı şagird Cüneyd Qənbərov "International Math Challenge" olimpiadasının 15 fevral 2025-ci ildə Tailandın Banqkok şəhərində baş tutan "Grand Final" mərhələsində "Star" Təqaüd Proqramının dəstəyi ilə yarışa qatılaraq yenidən qızıl medal əldə edib!
"Star Colleges" və "ADA School"un istedadlı şagirdi Cüneyd Qənbərov beynəlxalq arenada növbəti möhtəşəm nailiyyətə imza atıb.
Cüneyd 2024-cü ilin noyabrında keçirilən "International Math Challenge" olimpiadasının ölkədaxili seçim turunda Azərbaycan birincisi olub və qızıl medal qazanıb.
Bu uğur Azərbaycan şagirdlərinin beynəlxalq arenada yüksək potensialını bir daha sübut edir. "Star Colleges" və "ADA School" olaraq, biz Starlı Cüneydin bu nailiyyətindən qürur duyur və gələcək yarışlarda ona uğurlar arzulayırıq!