Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim akademik Cəlal Əliyevin məzarını ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, sonra dövlətimizin başçısı Heydər məscidinə gəldi.
Prezident İlham Əliyev görkəmli alim akademik Cəlal Əliyevin hüzür mərasimində iştirak etdi.
Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.
Qeyd edək ki, C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib. O, dünən I Fəxri xiyabanda torpağa tapşırılıb.