Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev l Fəxri xiyabanda qardaşı akademik Aqil Əliyevin yanında dəfn olunub.
Oxu.Az-ın xəbərinə görə, dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini İsmət Abbasov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak edib.
Qeyd edək ki, C.Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.
10:53
Fevralın 1-də dünyasını dəyişmiş görkəmli ictimai xadim, dünya şöhrətli Azərbaycan alimi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Cəlal Əliyevlə vida mərasimi bu gün saat 14:00-da Milli Elmlər Akademiyasının əsas binasında keçiriləcək.
Qurumdan Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.
10:10
Fevralın 1-də uzun sürən xəstəlikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev vəfat edib.
Bu barədə xəbəri APA agentliyi yayıb, Oxu.Az xəbər verir.
Bildirilir ki, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.
Cəlal Əliyev 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub.
Onun qardaşlarından biri — Heydər Əliyev — Azərbaycan prezidenti, digər iki qardaşı isə — Həsən Əiyev və Aqil Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.
1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə seçilib.
Allah rəhmət eləsin!