Azərbaycan prezidenti İlham Əliyev Kot-d’İvuar Respublikasının prezidenti Alassane Uattaranı Müstəqillik günü münasibətilə təbrik edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:
“Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.