Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar respublikanın prezidenti Almazbek Atambayevə başsağlığı verib.
Oxu.Az-ın məlumatına əsasən, başsağlığı məktubunda deyilir:
“Hörmətli Almazbek Şarşenoviç,
Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
N.О.