Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Baş naziri Artur Rasi-zadəni “Şöhrət” ordeni ilə təltif edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin imzaladığı müvafiq sərəncamda deyilir:
“Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə “Şöhrət” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust - noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.