Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.