Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizov və oğlu Camal Əzizov Gürcüstana gedərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya M.Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
M.Qəhrəmanlı bildirib ki, kürəkəni və nəvəsi Borjomiyə bir həftəlik istirahətə getmək istəyiblər:
“Lakin onlara ölkədən çıxmağa icazə verilməyib. Bildiriblər ki, prokurorluğun məktubu var, ölkədən çıxmalarına icazə verilmir. Biz bununla bağlı məhkəməyə müraciət edəcəyik. Bəzi saytlar yazıb ki, onları həbs ediblər. Lakin bu, düzgün məlumat deyil. Sadəcə, ölkədən çıxmağa qoymayıblar”.