Hadisə barədə efirdən xəbər tutdum.
Oxu.Az xəbər verir ki, bunu Bakının Suraxanı rayonunda yerləşən 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı Nahid Cavadovun atası Zaur Cavadov Lent.az-a deyib.
Hazırda Gəncədə olduğunu bildirən Z.Cavadov qeyd edib ki, dünən Bakıda internat məktəbində olub:
“Mən özüm də orda olmuşam, hər şey yaxşıdır. Sadəcə, Nahidə şirni verib aldadıblar, onun səsini yazıblar”.
Nahidin atası onu da qeyd edib ki, övladı yıxılıb və xəsarət alıb:
“Ona görə də kimdənsə şikayət etmək fikrim yoxdur”.
O bildirib ki, dünən uşağını görüb və onunla təklikdə də söhbət edib:
“Dedim ki, mənə düzünü de, heç kimdən qorxma, səni döyüblər, yoxsa yıxılmısan? Dedi ki, yıxılmışam”.
Hadisə barədə efirdən xəbər tutduğunu bildirən Z.Cavadov 7 saylı xüsusi internat məktəbində uşağına yaxşı baxıldığını deyib:
“Mən Nahidi maddi imkansızlığa görə ora qoymuşam. Bir qədər pul toplayım, ev tikdirim, sonra uşağı ordan götürəcəyəm”.