Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İttifaqına ÜTT-yə daxil olduğu sərhədlərlə daxil olmalıdır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
Ermənistan 2003-cü ildə 145-ci ölkə olaraq ÜTT-yə daxil olub. 29 may tarixində ölkə prezidenti Serj Sarkisyan bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının yaradılması müqaviləsinə iyun ayının 15-nə qədər qoşulmaq niyyətindədir.
“Biz müddəaların Ermənistan ərazisində, onun BMT tərəfindən qəbul edilmiş, ÜTT-yə daxil olduğu beynəlxalq sərhədləri çərçivəsində qüvvədə olması barədə Azərbaycan prezidentinin məktubunu almışıq. Bu, müzakirə üçündür” – Qazaxıstan prezidenti deyib.