Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək
- İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
- Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfərindən videoçarx paylaşıb