Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda keçirilən “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.
President.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
Sizi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans münasibətilə səmimi-qəlbdən salamlayıram.
Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz ulu öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.
Müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən ümummilli lider irimiqyaslı islahatlara start verib. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkib. Eyni zamanda, Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoyub, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırıb.
Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.
Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub-saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin, milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Hörmətli konfrans iştirakçıları!
Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, tədbir hesabatlılıq və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq, ölkələrimizin rifahının yüksəlməsinə töhfə verəcək.
Bir daha sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.
10:38
Bu gün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi Siyasət və Sənaye Məsələləri Şöbəsinin müdiri Natiq Əmirov səsləndirib.
“Hörmətli konfrans iştirakçıları, sizi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans münasibəti ilə səmimi qəlbdən salamlayıram.
H.Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf, maliyyə və audit sistemi qurulub. Biz ümummilli lider tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən iqtisadiyyat görürük.
Müstəqilliyimizin ilk illərində iflasa uğramış dövlət iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə görən H.Əliyev irimiqyaslı islahatlara start verib. Onun rəhbərliyi ilə azad sahibkarlığın inkişafı ön plana çəkilib. Eyni zamanda, onun uzaqgörən siyasəti nəticəsində Azərbaycana dünyada etibarlı tərəfdaş statusunu qazandırıb.
Müasir dövrümüzün qlobal çağırışlarına çevik reaksiya verilməsi, eləcə də, hazırkı dövrdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ölkəmizdə maliyyə sektorunda islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir”, - deyə müraciətdə qeyd edilib.
N.Əmirov Prezidentin konfransın işinə uğurlar arzuladığını əlavə edib.
İlhamə Əbülfət
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib