Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, prezidentə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilib.
Dövlət başçısı ayrı-ayrı inşaat sahələrini gəzib, tikintinin gedişi ilə yaxından tanış olub və müvafiq tapşırıqlar verib.