Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də NATO-nun Brüsseldəki mənzil-qərargahına səfər edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, NATO-nun mətbuat xidmətinin verdiyi məlumata görə, İ.Əliyev alyansın baş katibi Anders Foq Rasmussenlə görüşəcək.
Onun Şimali Atlantika Şurasının iclasında çıxışı da nəzərdə tutulur.