Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rəqsanənin “prezidentski” mahnısına qadağa qoyuldu - Video
“İnanımmı” mahnısının bəstəkarı Hikmət Aslan Rəqsanəyə qadağa qoyub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bəstəkar açıqlamasında bildirib ki, buna səbəb Rəqsanənin mahnıları ifa edərkən müəllifin adını çəkməməsidir:
“İnanımmı” mahnısında adım heç yerdə hallanmadı. Adamı görəndə salam da vermir”.
Rəqsanə isə məşhur mahnının bəstəkarının qadağasına belə cavab verib:
“Allahın salamını hər kəsə verirəm. Hikmət Aslanın mahnılarını illər öncə oxumuşam və bunun üçün bəstəkara qonorar ödəmişəm. Bu gün belə bir mövzu ilə qalmaqala girmək istəmirəm. Çünki mövzunun gerçək mahiyyətində qalmaqala səbəb olacaq heç nə yoxdur. Pulumu verib, mahnımı almışam. Sonuncu açıqlamamda belə müəllifin adı hallandırılıb”.
Qeyd edək ki, bundan əvvəl Rəqsanənin “İnanımmı” mahnısı Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov tərəfindən ifa olunmuşdu.