Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
“Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



15:19
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 24-də Davosda daha bir görüş keçirib.
Oxu.Az-ın xəbərinə görə, İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
12:11
Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.


11:28
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 24-də Davosda daha bir görüş keçirib.
Oxu.Az-ın xəbərinə görə, İ. Əliyevin bu dəfə ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteynlə görüşü olub.


10:56
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 24-də Davosda növbəti görüşünü keçirib.
Oxu.Az-ın xəbərinə görə, İ.Əliyev “IBM” şirkətinin baş icraçı direktoru, xanım Cinni Rometti ilə görüşüb.
