Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, İlqar Mustafayev Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, İdarənin keçmiş rəisi Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.