"Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz.