“Biz yaşlı ermənini müalicə etdirdik. Sonra qərara aldıq ki, onu Ermənistana qaytaraq. Ancaq Ermənistan onu qəbul etməkdən imtina etdi. Ermənistanda Azərbaycanın bu davranışlarını dəyərləndirirlərmi? Mən bu suala “yox” cavabını verirəm”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxış edərkən deyib.
İlham Əliyev bildirib ki, Azərbaycan məqsədli şəkildə düşmən kimi təqdim edilir.
“Ancaq Azərbaycan təkcə müharibə dövründə deyil, müharibədən sonra da eyni davranışı sərgiləyir. Biz 1500 erməni əsgərinin meyitini geri qaytarmışıq. Bununla belə, Birinci Qarabağ Müharibəsində itkin düşən 4 min azərbaycanlının heç birini Ermənistan qaytarmayıb”,-deyə İlham Əliyev əlavə edib.
İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər” - VİDEO
Aqşin Kərimov