Yunanıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da naməlum əsgərin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.
Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndirilib.