Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İlham Əliyev Fridrix Mertsi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Almaniya Federativ Respublikasının federal kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq, Azərbaycan ilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün birgə səylər göstərəcəyik.
Bir daha Sizə səmimi təbriklərimi çatdırır, dost xalqınıza daim firavanlıq diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibini qəbul edib
- İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib
- Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
- Azərbaycan Prezidenti türkiyəli həmkarını PKK-nın özünü ləğv etməsi münasibətilə təbrik edib
- Prezidentin rektor təyin etdiyi Aqil Şirinov kimdir? - DOSYE