Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovla bağlı sərəncam verib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, ölkənin ictimai həyatında fəal iştirakına görə Hidayət Xuduş oğlu Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.
Qeyd edək ki, Hidayət Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.