Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində olublar.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, burada dövlətimizin başçısı Azərbaycanı birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb.