Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyev Kir Starmerə başsağlığı verib
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında "Air India" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İnzibati cəriməni tez ödəyənlərə GÜZƏŞT EDİLƏCƏK
- İnzibati cərimələrin qaytarılması qaydası hazırlanacaq
- İnzibati xətalarla əlaqədar "İCMAL" informasiya sistemi yaradılacaq
- Azərbaycanda topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək
- Prezidentin sosial şəbəkədəki hesabında Xanyurdu sakinləri ilə görüşündən görüntülər paylaşılıb