Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı məktubunda Macarıstanın milli bayramı münasibətilə Y.Aderi təbrik edib.
Qeyd olunub ki, Azərbaycanla Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir:
“İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.