Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin Prezidenti Nikolaye Timoftiyə təbrik ünvanlayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və dinamik inkişafı, əlaqələrin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstəriləcəyi vurğulanıb.