Son zamanlar qıjı termini (ayı döşəyi bitkisinin ikinci botanik adı – red.) – ölkəmizdə, xüsusilə də müasir gəncliyin bəzi nümayəndələri arasında getdikcə daha çox populyarlıq qazanır.
Oxu.Az Ann.Az-a istinadən aparılan sorğuya əsasən bildirir ki, insanların əksəriyyəti “qıjı” sözünün sinonimi kəndçi və çuşka sözlərini hesab edirlər. Bu gün biz sizinlə cəmiyyətimizdə qıjıların kim olması və nə üçün bu qədər diqqəti cəlb etmələrini araşdırmağa çalışacağıq.
Dərhal qeyd etmək istərdim ki, bu özünəməxsus leybli paytaxtımıza kənd və rayonlardan gələn onu inadla fəth edən aid etmək lazım deyil. Axı kənd sakinləri arasında da dövrünün müasir insanları var, onlar heç də əslən şəhərdən olanlardan geri qalmır və həyatda bir çox uğurlara nail olurlar.
Bu termini cəmiyyətimizdə istənilən dəyişikliklərə çox ciddi reaksiya verən və bütün yenilikləri pis qarşılayan mühafizəkar insanlar ilə də əlaqələndirmək lazım deyil.
Bəziləri qıjı dedikdə rus dilini bilməyən insanları nəzərdə tutur. Lakin bu yanlış fikirdir, çünki qıjılar elementar bilikləri olmayan, öz doğma Azərbaycan dilində belə düzgün danışmayanlardır, məsələn, “Cünki”, “Javab”, “Gənjə”, “badımjan”, “Azərbaydzan”, “badzı” və yaxud da rus dilində olan sözləri öznə məxsus istifadə edənlərdir “celovek”, “snatsala”, “tsreez pletso” və s.
Qıjı cəmiyyətdə özünü aparmaq barədə heç bir təsəvvürü olmayan, ədəb və sadə etika qaydalarını bilməyən adamdır. Bu, mənfi keyfiyyətləri xarakterində cəmləşdirən bir obrazdır. Qıjı dar və çox məhdud dünyagörüşə malik insandır, o, ömründə heç bir kitabın üzünü açmayıb, dünyada baş verənlərlə maraqlanmayıb. Belə təəssürat yaranır ki, adi insanların beynində olan qırışların yerinə bu qıjılarda sanki bir nazik ip mövcuddur, bu ipi təsadüfən kəssən onun qulaqları yerə düşər. çünki onların davranışına nəzər salsaq bu ipin yeganə funksiyası sadəcə qulaqları saxlamaq üçün lazımdır. Başqa sözlə, qıjı, bir növ yeni, genetik baxımından modifikasiya edilmiş adi “çuşkalardır”.
Qıjıların həyatda çatmaq istədikləri əsas məqsəd və arzu – ev, maşın, qız, pul və kafe-barlar. Yaxşı təhsil almaq, cəmiyyətin və ölkəsinin xeyrinə əmək qıjıların maraq dairəsinə daxil deyil. Qıjıların sevmli məşğuliyyəti – küçədə qızlara “padxod” eləmək və onlara “necəsən maralım, ceyranım”, “qəşəngsən”, “salam krasavica”, “ay gözəl gəl tanış olaq” və s. kimi ucuz atmacalardan istifadə etməklə söz atmaqdır. Belə hallarda qızlar - əgər özləri də qıjı deyillərsə - geriyə baxmadan qaçıb gedirlər.
Sosial şəbəkələrdə “qıjı geyimi” adını almış özünəməxsus geyim üslubu xüsusilə heyran qoyur. Belə geyim sayəsində siz qarşınızda qıjının yoxsa adi vətəndaşın dayandığını dərhal müəyyənləşdirə bilərsiniz. Cəmiyyətin bu təbəqəsinin nümayəndələri inkubator üslubunda geyimə üstünlük verirlər – onların bütün paltarları eyni olur. Ötən il qıjılar Avropada bir neçə il əvvəl mövcud olmuş, lakin onlara bir müddət əvvəl gəlib çatmış ağ corabla qırmızı makasin və qırmızı kəmər dəbini müəyyənləşdirmişdilər. Onların hamısı bu qırmızı geyimləri geyənərək fəxrlə şəhərdə gəzir və hesab edirdilər ki, dünya yalnız onların ətrafında fırlanır, onlar planetimizin ən dəbli oğlan və qızlarıdır. Müasir gəncliyin belə “unikal” nümayəndələrinin əks olunduğu fotoşəkillər bir anda bütün interneti, o cümlədən “Facebook” kimi sosial şəbəkələri doldurdu. “Facebook”-da onlar çoxsaylı şərhlər və müzakirələrin qəhrəmanlarına çevrildilər. Hər gün bu tipdə müzakirə və mübahisələr aparılırdı.
Bu il qıjıların qarderobu onların milli, regional və dini xüsusiyyətlərini əks etdirən yeni geyim elementləri ilə zənginləşdi, məsələn, üzərində “Yetim”, “Ağəli”, “Kasıb”, “Avara”, “Avtoş”, “FBİ”, “AZE”, “Ya Mehdi”, “Ya Hüseyn”, “Krasavçik” kimi yazılar, həmçinin Azərbaycandakı milli azlıqların adları yazılan kepka və futbolkalar peyda oldu. Düzdür, üzərində “FBİ” yazılan kepka taxanların demək olar ki, heç biri o sözün mənasını bilmir. Onların barəsində danışdıqları yeganə şey – bu, necəsə Amerika polisi ilə bağlıdır. Bu zövqsüz geyimləri ortaya çıxaran sexlərdə isə böyük miqdarda pullar qazanırlar, çünki tələbat təklifi doğurur.
Bundan başqa, özlərini qızıl gəncliyin, oğru dünyasının nümayəndələri, ultramüasir oğlanlar, qanqsterlər hesab edən, həyatlarını tamamilə kef, heç bir sərhəd və qadağaların olmadığı kimi görən “müasir” oğlanların sosial şəbəkədə qeydiyyat zamanı istifadə etdikləri “orijinal” adlar heyrət doğurur. Hər şeyə, hər yerdə və həmişə icazə var. Hər gün “razborka”, şəhərdə mənasız avaralanma, maşında ötüşmə, davalar, bıçaqla, həmçinin “odlu silahla” söhbətlər. Gecə həyatı yalnız onların əlindədir və onlar tərəfindən nəzarət olunur:
Jizn fuflo ay brat, Supermen, llu Papanin Kasub Oglu, Paxotka Qaradskoy Jizn Varavskoy, Sladkiy Ərkəy, Zerbeli Kayfuet Balaşka Revnuet, Goyde goy gurwagi yerde Zonguldak uwagi, Moya Jieni İsToRiYa, Kayfarik Kafyarik, Heyat Qomli Gozler Nemli, Bloknoy Cavan Oglan, Papaşanın Xuliqan Balası, Stini Bradyaga, Krasavcik, Kayfoviy Vor, Ya-Ne-Babanik-Prosta-Kayfarik, TiPa PiPa Krutoyka, Fb-de Krutoy Heyatda Zolotoy, Moey Koyfey Zorey, Vasmoysky Glamourniy, Ay Seni Dowan Yesin, Mikroraynoski Simpotyaşka, İzvini Brat Taleyim Beledi, Veçne Ped Kayfem, Pat Kayf, Like et Like gor, Vewi liker, Vasmoyski.
Belə “qeyri-adi” ifadələr xüsusi intellek tələb edir və sosial şəbəkələrdə qeydiyyat zamanı aşağıdakı adlardan qıjı-qızlar istifadə edirlər. Bununla da onlar özlərini virtual aləmdə oğru dünyasının kraliçaları, qeyri-adi gözəllər, oğlanları özlərinə yaxın buraxmayan qızlar kimi təqdim etməyə çalışırlar:
BandiTka AvarasHka Blatnoyka, Pullu Papanin Cholka’li Qizi, Ev qiziyam, Avarawka Balawka Stilni Devuçka, Polis Papanın Narkomanka Qızı, Ne Romantishka ZaTo Simpatishka, Vor Papanın Tuz Qızı, Banditka Narkusha Kavkazochka Kayfusha, Colkalilarin Colkalari Colkamaki, Mamena Brodyawka Papena Simpotyawka, Yaz Divara Sevka Avara, Varrı Papanın Naqlyı Qızı, ParaZitka Nika, Mamina Kukolka Papina Vorzakonka, Balaca Meymun Ayluw, Princessa iz Kavkaza, OpTimist’Ka PsiXx Qulka, Nazovi Menya Detko, Ayka Qisa Mayka, Luboysuna atval, Wirinka, Yaxçı Qız, Vewi likerka.
Bir də öz şəkillərinə imza kimi söyüşdən və kobud ifadələrdən istifadə, layk toplamaq üzrə heç kimə lazım olmayan mənasız yarışların təşkilini qeyd etmək lazımdır.
Xalq arasında boş yerə demirlər ki, insanın adı onun haqqında çox şey deyir. Qıjılar sosial şəbəkələrdə qeydiyyat zamanı öz əsl adlarını göstərmirlər, bunun əvəzinə onlar xasiyyətlərini təsvir edən, “zəngin” daxili dünyalarını, davranışlarının xüsusiyyətlərini, fəaliyyət sahələri, maraqları, prioritetləri, nüfuzları, həyati dəyərləri, həmçinin olmayan şəxsi keyfiyyətlərini əks etdirən ifadələr seçirlər. Düşündürən, bəzən çox kəskin niklər sosial şəbəkələri bürüyüb, və onların altında gizlənən “qızıl gəncliyin”, yəni qıjıların nümayəndələrinin “orijinallığından” xəbər verir.
Sonda qeyd etmək istəyirəm ki, hər bir insan “qıjı” anlayışına öz düşüncələrini qoyur, cəmiyyətimizdə nə qədər insan varsa, bir o qədər də müxtəlif rəy var. Lakin küçədə rəyi soruşulan əksər insanlar məhz yuxarıda sadalanmış xüsusiyyətlər və təriflərlə uyğun fikir bildirdilər. İndi başa düşürsən ki, bəzən bir çox ziddiyyət və sonsuz diskussiyalara səbəb olan nəyə görə bu termin bəzi insanlar tərəfindən nə üçün bu qədər ağrılı qəbul olunur