Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
Naxçıvanda yeni inşa edilən Biznes Mərkəzi muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir.
Sərgi salonunda pavilyonlar, müasir tərcümə avadanlığı, proyektorlar və səsgücləndiricilər quraşdırılıb. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes forumların, işgüzar görüş və konfransların yüksək səviyyədə təşkilinə imkan verir.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış oldu.
Burada müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda muxtar respublikada 438 sənaye müəssisəsi var.
Prezident İlham Əliyevə məlumat verildi ki, sərgidə 88 şirkətin 280-dən çox çeşiddə məhsulu nümayiş etdirilir. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları sərgilənir.
Bildirildi ki, sərgidə 27 sənətkarlıq subyektinin məhsulu da nümayiş olunur. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə 2003-2013-cü illər ərzində 89,8 milyon manat güzəştli kredit, kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,7 milyon manat yardım verilib.
Prezident İlham Əliyev Naxçıvan avtomobil zavodunda istehsal olunan avtomaşınlara da baxdı.
Bildirildi ki, 2010-cu ilin yanvarında istifadəyə verilən zavod müasir dizaynlı “Nazlifan” markalı avtomobillər istehsal edir. İndiyədək burada 3 min avtomobil istehsal olunub. Birnövbəli iş rejimi ilə zavodun illik istehsal gücü 5 min avtomobil təşkil edir. Hazırda 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur.
Modifikasiyalar ilbəil yenilənir. Yaxın gələcəkdə zavodda yeni markalı avtomobillərin istehsalı planlaşdırılır. Həmçinin gələcəkdə komplektləşdirici hissələrin 70 faizi respublikanın digər bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müvafiq müəssisələrin istehsalı hesabına ödəniləcək.
Diqqətə çatdırıldı ki, son on ildə 954 istehsal və xidmət müəssisəsi yaradılıb.
Həmçinin qeyd edilib ki, 2003-2013-cü illərdə 58 min 460 yeni iş yeri açılıb, bununla da işsizliyin səviyyəsi sıfıra enib.