Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, başsağlığında deyilir:
“Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.