Müğənni Fədayə Laçın övladlığa uşaq götürüb.
Oxu.Az xəbər verir ki, ifaçı bu haqda ATV-də yayımlanan “Ondan sonra” verilişində məlumat verib:
“Övladlığa götürdüyüm oğlan uzaq qohumumdur. 5-6 yaşlarında ata-anası rəhmətə gedib. Hazırda 21 yaşındadır. Mən onu indi deyil, valideynləri rəhmətə gedən vaxtdan övladlığa götürmüşəm. Sadəcə heç yerdə bu barədə məlumat verməmişəm. Lakin hələ də sənədləşdirməmişəm.
O, mənə deyir ki, anamın qoxusunu səndən alıram. Hətta avtomobilim də doğma oğlumun yox, onun adınadır”.