Azərbaycan Prezidenti İlham Əliyev Samir Cəfərovu “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Samir Cəfərov bu vəzifəyə 2014-cü ilin fevralın 14-də təyin edilmişdi.