Azərbaycan prezidenti İlham Əliyev Tələt Məcidovun“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, Tələt Məcidov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Tələt Məcidov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiridir.