Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyev Qambiya prezidentinə təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Qambiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
- DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi
- Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi - FƏRMAN
- İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
- İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib