Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev: “Qısa zamanda mərhələli yollarla insanlarımızı işğaldan azad olunan bölgələrə köçürəcəyik”
“Mən də istəyirəm ki, qısa müddət ərzində soydaşlarımızın torpaqlarımıza qayıtmasına nail olaq”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, bunun üçün kompleks tədbirlər görülməlidir:
“Minalardan təmizlənmə prosesi başa çatandan sonra və bununla paralel olaraq, biz bu işlərə başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi artıq reallaşmağa başlanıb. Zəngilan rayonunun üç kəndi - Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı kəndlərində layihə həyata keçiriləcək. Orada 1000-ə yaxın insan yerləşdiriləcək”.
Prezident qeyd edib ki, belə pilot layihələr çox ola bilər:
“O ki, qaldı böyük şəhərlərə, qayıdış üçün baş plan tərtib edilməlidir. Binalar inşa edilməli, məktəblər tikilməlidir. Bunun üçün zaman tələb olunur. Mən hansısa bir tarix vermək istəməzdim, halbuki ağlımda tarixlər var. Vaxtından əvvəl insanları həyəcanlandırmayım. İnanın ki, qısa zaman ərzində mərhələli yollarla insanlarımızı o bölgələrə köçürəcəyik. Eyni zamanda, azad edilmiş ərazilərdə ilk növbədə bərpa ediləcək kəndlərin siyahısı tutulur”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
- Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
- İlham Əliyev: "Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır"
- Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib