Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev: Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır
Ötən il bizim aramızda dörd görüş keçirildi. Bu görüşlər bizim əlaqələrimizin inkişafında çox müsbət rol oynayır. Hansı ki, biz bunu strateji partnyorlarımızın münasibətləri kimi xarakterizə edirik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Azərbaycanın dövlət başçısı iki ölkə arasında ticarət və iqtisadi sahədə müsbət dinamikanın olduğunu bildirib.
“Həm ötən il, həm də bu il əmtəə dövriyyəsi artıb. Əldə etdiyimiz məlumatlara görə, avqust ayında bu rəqəm 20 faizdən çox olub. Bizim təsdiqlədiyimiz “yol xəritələrinin” icrası bütün sahələrdə daha sıx qarşılıqlı əlaqəyə, inteqrasiyaya və əməkdaşlığa səbəb olacaq”, - deyə Prezident İ.Əliyev əlavə edib.
Dövlət başçısı bildirib ki, Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaş, dost və yaxşı qonşudur:
“Biz bu əlaqəni yüksək qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin daha da inkişafına yaxşı töhfə verəcək”.
Aqşin Kərimov
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
- İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı videoçarx paylaşıb
- Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- İtaliyalı parlamentarilər: "Xocalı soyqırımı ilə bağlı dezinformasiyalar qəbuledilməzdir"
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib