“Biz Cənubi Qafqazdakı yeni eranı aktiv şəkildə müdafiə edirik. Bura sülh və əməkdaşlıq daxildir”.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans deyib.
İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə müsbət cavab verib.
“Ermənistan hökuməti Azərbaycanın təqdim etdiyi 5 maddəlik baza prinsipini qəbul edib. Bu prinsiplər Ermənistanla sülh razılaşmasını özündə ehtiva edir”, - deyə İlham Əliyev əlavə edib.
Prezident xatırladıb ki, Azərbaycan və Ermənistan sərhəd delimitasiyasına başlamaq üçün birgə komissiyasının yaradılması barədə razılıq əldə edib:
“Əgər həmin baza prinsipləri əsasında sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülh olacaq”.
Aqşin Kərimov