Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər.
Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında video paylaşıb:
“Əziz qardaşlar və bacılar!
Bizim doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
Səfər zamanı Prezident İlham Əliyev bildirib ki, ermənilər Şuşadakı bütün tarixi binalarımızı dağıdıblar. Şuşada yol qırağındakı binanın üzərində “Şuşi Plaza Hotel” yazısını görən Prezident İlham Əliyev vurğulayıb ki, “Şuşi adlı şəhər yoxdur, Şuşa var”.
View this post on Instagram
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib - Foto
- İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib - Foto
- Azadlığın altıncı ili: Ağdam şəhər gününü qeyd edir - Foto/Video
- Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir - Foto/Video
- İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx
Digər xəbərlər