Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alanlara baş çəkib.
Oxu.Az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Aktauda müalicə alan yaralılarla görüşərək, onların vəziyyəti ilə maraqlanıblar. Xəstəxana rəhbərliyi ilə keçirilən görüşdə yaralıların müalicəsi ilə bağlı əlavə tədbirlərin görülməsi müzakirə olunub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadırlar.
"Report" xəbər verir ki, bunlar rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.
Rəsmilər, həmçinin, qəza yerinə də baş çəkiblər.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi etməsi ilə bağlı hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Təyyarənin sol qanadında xəsarət olması ilə bağlı video Kəmaləddin Heydərova təqdim edilib
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
- Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsinin FOTOSU
- Təyyarə qəzasında həlak olduğu ehtimal edilən stüardessanın atası DANIŞDI: "Zəng edib dedilər ki, başınız sağ olsun!"
- Qəza ilə bağlı psixoloji dəstək qrupu YARADILDI