Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.